Çində fabrikdə yanğın 7 nəfərin həyatına son qoyubbackend

Çində fabrikdə yanğın 7 nəfərin həyatına son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı Daxili Monqolustan Muxtar bölgəsindəki fabrikdə baş verən yanğında azı 7 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yanğın yerli vaxtla saat 02:08-də (Bakı vaxtı ilə – 22:08) Baotou şəhərindəki müəssisədə baş verib. Bir saat sonra yanğın nəzarət altına alınıb, 7 nəfərin itkin düşdüyü bildirilib.

Saat 06:40-da (Bakı vaxtı ilə – 02:40) xilasetmə işləri başa çatdırılıb, itkin düşən 7 nəfərin cəsədi tapılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.