Çində heyvanların avtomatlarda satılması tendensiyası yaranıb.
İnterpress.az xəbər verir ki, Çində heyvanların avtomatlar vasitəsilə satışı ilə bağlı mübahisələr gedir.
Pekindən kiçik kupelərdə pişikləri nümayiş etdirən avtomatın videosu sosial mediada hiddətə səbəb olub.
İstifadəçilər qeyd edirlər ki, kadrlardakı heyvanlar sağlam görünür, lakin onlar əvvəllər ev heyvanlarının dəhşətli şəraitdə saxlanıldığı, xəstə və hətta öldüyü oxşar aparatlar görüblər.
“Yazıq pişiklər, itlər və gəmiricilər kiçik kabinələrdə saxlanılır. Videoda yorğun ev heyvanlarının sadəcə yatdığı və ya göyə baxdığı görünür. Videolar bütün Çində yayıldı və sosial şəbəkələrdə bu iş adamlarına “flayer” deyilir”.
Xuraman Etibarlı
İnterpress.az