Çində “küçük dağı” aşkar edilib. O, sözün əsl mənasında yatan itə bənzəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Bildirilir ki, dağ gəzintiyə çıxan Yichang sakini tərəfindən tapılıb.
“İtin pozası elədir ki, sanki su içir və ya balığa baxır. Yaxud sakitcə Yantszı çayını qoruyur”, – çinli deyib.
İndi yerli əhalinin yeni tendensiyası var – onlar dağa öz itləri ilə gəlirlər.
Qeyd edilir ki, bu dağ əvvəllər itə bənzəmirdi – onun görünüşü cəmi bir neçə il ərzində dəyişib.
Xuraman Etibarlı
İnterpress.az