Çinə tətbiq edilən tariflər amerikalıları Milad üçün ağacsız və bəzəksiz qoya bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin yazdığına görə, Milad bəzəklərinin satıcıları demək olar ki, tamamilə Çindən asılıdırlar, belə malların 87%-ni oradan alırlar.
Qəzet yazır: “Amerikalılar bu il yeni Milad bəzəkləri istəsələr, əgər əşyalar mağaza rəflərində olarsa, onlar üçün daha çox pul ödəməli olacaqlar”.
Xuraman Etibarlı
İnterpress.az