Claude 161 ChatGPT Codex sessiyasını işə salaraq animasiya hazırlayıb.
İnterpress.az xəbər verir ki, süni intellektin animasiya hazırlamaq üçün digər süni intellekt alətlərindən istifadə etdiyi bildirilir.
Məlumata görə, bir istifadəçi Claude-dan 63 saniyəlik animasiya videosu hazırlamağı xahiş edib.
Kompüterdə quraşdırılmış ChatGPT Codex alətini aşkar edən Claude kadrların yaradılması üçün onun 161 sessiyasını işə salıb.
Claude özü isə prosesi koordinasiya edib, tapşırıqları bölüşdürüb, yaddaşa çıxış imkanlarını idarə edib və hazır şəkilləri bir araya toplayıb.
Bu hadisə süni intellekt sistemlərinin mürəkkəb tapşırıqları yerinə yetirərkən digər alətləri də cəlb edə bilməsini nümayiş etdirir.
Xuraman Etibarlı
İnterpress.az






