Çox “qreçka” yemək hormonal pozulma yaradır – Həkimbackend

Çox “qreçka” yemək hormonal pozulma yaradır – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həddən artıq çox qarabaşaq (qreçka) yemək xüsusən qadınlarda hormonal disbalansa səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bunu həkim terapevt Timur Asanov bildirib.

Mütəxəssis bildirib ki, həftədə 2-3 dəfə qreçka yemək təhlükəsizdir.

Lakin 3-4 gün ardıcıl olaraq ancaq qarabaşaq yemək, eləcə də qadınların arıqlamaq üçün qreçka pəhrizinə əməl etməsi orqanizmdə bəzi simptomlar yaradır.

Bu məhsuldan sui-istifadə etmək hormonal sistemi pozur. İnsanda baş ağrısı, allergiya, dırnaqların soyulması, qan qatılaşması baş verə bilər.

Hər gün qarabaşaq yeyənlər əgər bu simptomlar varsa ondan imtina etməli, normal qidalanmaya keçməlidirlər.