Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyə səfiri ilə görüşübbackend

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyə səfiri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. 

İnterpress.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Twitter” səhifəsində məlumat verilib. 

“Bu gün ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı müvəqqəti iqamətgahımızda qarşılamaq şərəfinə nail olduq. Sizi Xankəndində və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”, – deyə məlumatda bildirilib. 

Görüşdə mövcud məsələlər, potensial əməkdaşlıq müzakirə olunub.

 

İnterpress.az