Daha bir helikopter qəzası ölən və yaralananlar var – VİDEObackend

Daha bir helikopter qəzası ölən və yaralananlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda helikopterin sərt enişi zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə RF İstintaq Komitəsinin Mərkəzi Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb.

“Bir nəfər yerindəcə ölüb, ikincisi isə təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha bir nəfərin vəziyyəti isə normaldır, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə yanvarın 6-da baş verib.

Helikopter Ufadan Pavlovka kəndinə doğru hərəkət edirdi.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: RİA Novosti