“Davam” və DİNİB tərəfindən “Azərbaycan etno-mədəni müxtəlifliyin məkanıdır” mövzusunda görüş baş tutubbackend

“Davam” və DİNİB tərəfindən “Azərbaycan etno-mədəni müxtəlifliyin məkanıdır” mövzusunda görüş baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 may tarixində “Davam” Gənclər Hərəkatı və “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş “Azərbaycan etno-mədəni müxtəlifliyin məkanıdır” mövzusunda görüş baş tutub.

İnterpress.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri Rəşad İlyasov, “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov, Azərbaycanda yaşayan Axısxa Türklərini təmsilən “Dünya və Azərbaycan Alpagut Federasiyası”nın vitse-prezidenti Emil Rəhimov, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin İdarə Heyətinin üzvü Günay Hacıyeva və davamçı gənclər iştirak edib. Görüş zamanı mövzu ilə bağlı müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

Görüşün sonunda “Davam” Gənclər Hərəkatı və “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dialoq və İnkişaf naminə Davam” adlı platformanın yaradıldığı elan edilib.