Dairə və seçki məntəqələrinin mühafizəsi üçün müvafiq işlər görülür.
İnterpress.az-ın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, profilaktik qeydiyyatda olan şəxslər artıq müşahidəyə götürülüb: “Qanunsuz silahların yığılması istiqamətində də tədbirlər həyata keçirilir.
DİN-in şəxsi heyəti bütünlükdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.