Marneulidə polis əməkdaşıns qarşı dəhşətli hadisə baş verib.
İnterpress.az xəbər verir ki, Marneuli Polis Şəbəsində növbədə olan polis əməkdaşının evinə qara maskalı şəxslər soxulub və məmurun anası, eləcə də xanımını vəhşicəsinə döyüblər. Eyni zamanda iki az yaşlı uşağada şiddət göstəriblər.
Məlumata əsasən, maskalı şəxslər ərazi inspektoru A.H-in evinə soxularaq qadınların əl-qolunu bağlayıb və onlara fiziki təzyiq göstəriblər.
Məlumatlara görə, evinə basqın edilən Marneuli Polis Şöbəsinin əməkdaşının anası xəstəxanaya yerləşdirilib və vəziyyət ağırdır.
Hadisənin törədiciləri indiyədək saxlanılmayıb. Evdən əşyaların götürülüb-götürülmədiyi məlum deyil.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaqa başlayıb.