Suriyanın paytaxtı Dəməşqdə motosikletə yerləşdirilən bombanın partladılması nəticəsində 6 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisə Dəməşqin Seyyide Zeyneb bölgəsində axşam saatlarında baş verib.
Partlayış nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib.
Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.