Deputat Türküstan sammitinin əsas nəticələrini ŞƏRH ETDİbackend

Deputat Türküstan sammitinin əsas nəticələrini ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri artıq formal diplomatik platformadan çıxaraq türk dünyasının strateji gələcəyinin müəyyənləşdirildiyi əsas siyasi məqamlardan birinə çevrilib.

media-eb7c021b-040e-42df-a284-1fa71097a471

Qazaxıstanın Türküstan keçirilən növbəti sammit də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Türküstan görüşü “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunmuşdu. Bu seçim də təsadüfi deyildi.

Müasir dünyada dövlətlərin gücü artıq yalnız enerji resursları və hərbi potensialla ölçülmür. Süni intellekt, rəqəmsal idarəetmə və texnoloji üstünlük yeni qlobal rəqabətin əsas istiqamətinə çevrilib. TDT də bu prosesdə aparıcı mövqe tutmağa çalışır. Bu baxımdan sammitin “rəqəmsallaşma” mövzusuna həsr olunması dövrün çağırışlarına tam uyğundur.

Türk dünyası qlobal dəyişikliklərlə ayaqlaşmaq, texnoloji inkişafdan geri qalmamaq və müasir çağırışlara uyğun yeni əməkdaşlıq modeli qurmaq istəyir. Onu da qeyd edək ki, Azərbaycan son illər süni intellekt və rəqəmsallaşma istiqamətində mühüm addımlar atır.

Rəsmi Bakı artıq bütün türk dünyası üçün ortaq texnoloji platformanın formalaşdırılması ideyasını irəli sürür. TDT-nin güclənməsində Orta Dəhliz layihəsinin də mühüm rolu var. Hazırda bu marşrut Şərqlə Qərbi birləşdirən ən təhlükəsiz və strateji xətlərdən biri hesab olunur.

Türküstan sammitində də rəqəmsal logistika və süni intellekt həllərinin Orta Dəhlizə tətbiqi də müzakirə olundu. Bu isə türk dövlətlərini təkcə coğrafi deyil, texnoloji baxımdan da vahid məkana çevirləsinin təsdiqidir. Artıq türk dünyası sadəcə ortaq tarix və mədəniyyət ideyası deyil.

TDT iqtisadi, siyasi və texnoloji güc mərkəzi kimi yeni qlobal düzəndə öz yerini möhkəmləndirmiş bir güc mərkəzidir. Prezident İlham Əliyevin də Zirvə görüşündə vurğuladığı əsas tezislərdən biri türk dünyasının XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi oldu.

Prezident İlham Əliyevin irəli sürdüyü inteqrasiya siyasəti təşkilatın yeni inkişaf mərhələsinə keçidində mühüm rol oynayır. Orta Dəhliz, Zəngəzur dəhlizi, “Rəqəmsal İpək Yolu”, süni intellekt və rəqəmsal suverenlik kimi istiqamətlər türk dövlətlərinin gələcək əməkdaşlığının əsas dayaqlarını formalaşdırır.

Mövcud geosiyasi reallıqlar göstərir ki, türk dünyasının qarşıdakı dövrdə daha koordinasiyalı, iqtisadi baxımdan daha inteqrasiya olunmuş və beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilməsi üçün ciddi potensial mövcuddur.