DİN: Azərbaycanda 2 nəfər öldü, 110 nəfər saxlanıldı, xəsarət alan varbackend

DİN: Azərbaycanda 2 nəfər öldü, 110 nəfər saxlanıldı, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il fevral ayının 26-da və 27-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən İnterpress.az-a verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 127 cinayətin üstü “isti izlər”lə açılmışdır.
– Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
– Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
– Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.
– Cinayət törətməkdə şübhəli bilinən 110 nəfər saxlanılmışdır.