Doğma dilimizi qorumağın yolu: “İngilis və rus dili bir standart olmalıdır”backend

Doğma dilimizi qorumağın yolu: “İngilis və rus dili bir standart olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Doğma dilimizi qorumağın yolu: “İngilis və rus dili bir standart olmalıdır” “Müxtəlif dilləri öyrənmək çox yaxşı olsa da, təfəkkür ana dilində formalaşmalıdır”.
İnterpress.az xəbər verir ki, bunu doğma dilimizi qorumağın vacibliyinə toxunan təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Ekspertin fikrincə, ingilis dilli məktəblərdə ödənişli əsaslarla təhsil alındığı kimi, gələcəkdə rus sektoru da özəl və ödənişli ola bilər “Rus xalqının nümayəndələrinə isə ana dillərində dövlət əsaslı təhsil verə bilərik. Rus dilli məktəblərə evdə Azərbaycan dilində danışan valideynlərin üz tutmasında müxtəlif motivasiyalar var. Bunlardan biri də əlavə dilin öyrənilməsidir. Əgər rus və ingilis dilini dövlət təhsil müəssisələrində yaxşı öyrədə bilsək, insanlar üçün həmin səbəb ortadan qalxmış olacaq. Dövrümüzdə hər bir azərbaycanlı üçün ingilis və rus dili bir standart olmalıdır. Bunun üçün ümumi təhsil müəssisələrimiz öz üzərinə düşəni tam mənada etdikdə xarici sektorlara yönəlim azala bilər. 35-40 şagirdin bir sinifdə dərs aldığı, xarici dil müəllimlərinin tədris etdiyi dili səlis danışa bilmədiyi situasiyada isə valideynlər ya min bir vəchlə övladını rus sektoruna qoymağa çalışacaq, ya da azacıq imkanı varsa özəl məktəblərin qapısını çalacaq”.
Gülşən
İnterpress.az
Enter

Sen gönderdin

Fotoğrafı Aç