Dondurucu temperaturun təsiri altında olan Ukrayna: 10 ölübackend

Dondurucu temperaturun təsiri altında olan Ukrayna: 10 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada həftəsonu soyuq hava şəraiti səbəbindən 10 nəfər ölüb, 23 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Soyuq hava şəraiti Ukraynanın Odessa, Kiyev, Mikolayiv, Çerkassı, Kirovoqrad və Xarkov vilayətlərində həyata mənfi təsir edib.

Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasına görə, güclü qar və tufan səbəbindən 14 magistral yol nəqliyyata bağlanıb, 16 bölgədə elektrik enerjisi kəsilib.

Qarın qalınlığının 1,5 metrə çatdığı Odessa vilayətində qapalı vəziyyətdə qalan 849 avtomobil yedəyə alınıb, 162-si uşaq olmaqla 2500-ə yaxın insan xilas edilib.

16 rayonda 2 min 19 kənddə elektrik enerjisi kəsilib

Qarın qalınlığının 2 metrə çatdığı Mikolayiv rayonunda 10 magistral yol hərəkətə bağlanıb, ən azı 75 avtomobilə kömək göstərilib.

Çerkassı vilayətində yollarda qalmış yük maşınları müvəqqəti parklara çəkilib, axtarış-xilasetmə qrupları tərəfindən səyyar istilik məntəqələri yaradılıb.

Kirovoqrad vilayətində güclü qar nəticəsində yolda qalan 300-ə yaxın insan və 164 avtomobil xilas edilib.

Respublikanın 16 rayonunda 2019 kənddə elektrik enerjisi təchizatında fasilələr yaranıb, pis hava şəraitindən zərər çəkmiş ərazilərdə qəza-xilasetmə məntəqələri yaradılıb.

10 nəfər ölüb, 23 nəfər xəstəxanaya yerləşdirilib

Əlverişsiz hava şəraiti ilə əlaqədar Odessa, Xarkov, Mikolayiv və Kiyev vilayətlərində ümumilikdə 10 nəfər ölüb, 2-si uşaq olmaqla 23 nəfər hipotermiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Bölgələrdə əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edərkən, məlum olub ki, Mikolayiv və Kirovoqrad vilayətlərində 8 yol bağlanıb, 11 rayonda 411 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr davam edib.