Dövlət Departamenti 10 milyard dollar dəyərində silahların Polşaya satışına icazə veribbackend

Dövlət Departamenti 10 milyard dollar dəyərində silahların Polşaya satışına icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Polşaya 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəş sistemlərinin (MLRS) və digər silahların mümkün satışına icazə verib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın xarici siyasət idarəsi “M142 HIMARS” reaktiv yaylım atəş sistemlərinin və müvafiq avadanlığın Polşaya təxminən 10 milyard dollara mümkün satışını təsdiqləyib.

Xatırladaq ki, rəsmi Varşava 18 HIMARS qurğusu, 468 doldurma modulu, 45 ATACMS raketi, idarəolunan raketlər də daxil olmaqla 460-dan çox digər raket, həmçinin reaktiv yaylım atəşi sistemi üçün ehtiyat hissələri istəyib.