Dövlət Gömrük Komitəsinin iki müavini işdən çıxarılıb, yenisi təyin olunubbackend

Dövlət Gömrük Komitəsinin iki müavini işdən çıxarılıb, yenisi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin daha bir müavini – İqbal Babayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.