“Dövlətimizə qarşı ikinci ən böyük təhlükə İrandan gözlənilir” – Şərhbackend

“Dövlətimizə qarşı ikinci ən böyük təhlükə İrandan gözlənilir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tehran rejmi beynəlxalq hüququ tanımamaqla yanaşı, həm də dini və insani dəyərlərə hörmət etmir”.

Bu sözləri ötən gün Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçrilən əməliyyatlar nəticəsində ölkəmizin mediasında, xüsusilə də “Salamnews” və “İnteraz” kimi yayım orqanlarında çalışan, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 şəxsin, bu gün isə dini cərəyanların nümayəndələri adı altında fəaliyyət göstərən 39 şəxsin saxlanılmasını şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, sosial şəbəkələrdə İran cəsus şəbəkələrinin daha da aktivləşməsi və cəmiyyət arasında ziddiyyət yaratmaq cəhdləri dövlət təhlükəsizliyimizə qarşı təhdid elementləri yarada bilər və bu, heç də xoş hal hesab edilə bilməz:

“Son zamanlar İranın Azərbaycana qarşı tutduğu düşmən mövqe cəmiyyəti ciddi şəkildə narahat edən məsələdir. Xüsusilə də “yumuşaq güc” siyasətini həyata keçirməyə çalışan İranın din pərdəsi altında ölkəmizdə apardığı təbliğat ciddi narahatlıq doğuran məsələdir. 27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktı nıticəsində təhlükəsizlik əməkdaşımızın şəhid edilməsi xalqın Tehran rejminə qarşı ciddi qəzəbinə səbəb olub. Məhz buna görə də hesab edirəm ki, İran cəsus şəbəkəsinin ölkəmizin ərazisində fəaliyyəti tamamilə təmmizlənməlidir. Əlbəttə ki, keçirilmiş son əməliyyatlar da məhz buna xidmət edir. Nəzərə almaq lazımdır ki, dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir. Ona görə ki, Tehran rejmi beynəlxalq hüququ tanımamaqla yanaşı, həm də dini və insani dəyərlərə də hörmət etmir. Bir tərəfdə terroru dəstəkləmək və onu yaradıb yaymaq, digər tərəfdə narkotiklə regionu və dünyanı zəhərləmək… Bu qeyd edilənlər Tehran rejminin daima dünyaya yaratdığı təhdidlərdir”.