Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir.
İnterpress.az xəbər verir ki, bu barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatında bildirilib.
Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir.