Dünyada ilk AXMAQ QANUN: İnək və donuz qazlarına vergi TƏTBİQ OLUNURbackend

Dünyada ilk AXMAQ QANUN: İnək və donuz qazlarına vergi TƏTBİQ OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka dünyada ilk dəfə inək və donuz qazlarına vergi tətbiq edəcək.

interpress.az xəbər verir ki, Danimarka heyvandarlıqdan gələn istixana tullantılarına vergi tətbiq edən ilk ölkələrdən biridir. Hər bir fermer ildə 100 avro ödəyəcək və bu, yalnız bir inək üçündür.

Fermerlərdən qoyun, donuz və atlara görə də ödəniş tələb olunacaq.

Məsələ burasındadır ki, gövşəyənlər və ən çox da inəklər həzm sistemi vasitəsilə ətraf mühitə zərərli olan metan və karbon buraxırlar. Bu, alimlərin hesabladıqları kimi, atmosferə atılan ümumi tullantıların 11%-ni təşkil edir.

İnək, qoyun, donuz və atlara tətbiq edilən verginin məqsədi zərərli tullantıların miqdarını azaltmaqdır.

Bu mövzuda gərgin danışıqlar bir neçə ay davam edib. Fermerlər ittifaqının nümayəndələri yeni qanunu axmaqlıq adlandırırlar, çünki indi onların çoxu müflis ola bilər.

Xuraman Etibarlı

İnterpress.az