Efiopiya polisi həbsxanadan qaçan 400-dən çox məhbusu axtarırbackend

Efiopiya polisi həbsxanadan qaçan 400-dən çox məhbusu axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Efiopiya polisi və təhlükəsizlik qüvvələri ölkənin cənubundakı Bule-Hora şəhərində həbsxanadan kütləvi şəkildə qaçan üsyançı qrupların üzvləri də daxil olmaqla 480-ə yaxın məhbusu axtarır.

“Report” xəbər verir ki, bu barədə “BBC” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yanvarın 8-də silahlı qrup həbsxanaya hücum edərək 5 mühafizəçini öldürüb. Nəticədə həbsxanada saxlanılan bütün məhbuslar qaçıblar.

Onlardan neçəsinin tutularaq saxlanma yerinə qaytarıldığı barədə məlumat yoxdur.