“Ekofəalların aksiyası uzandıqca ermənilərə bağlı şəbəkələr fəaliyyətlərini artırılar” – RƏYbackend

“Ekofəalların aksiyası uzandıqca ermənilərə bağlı şəbəkələr fəaliyyətlərini artırılar” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ekofəalların aksiyası uzandıqca ermənilərə bağlı şəbəkələr fəaliyyətlərini artırılar”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, aralarında bloggerlər, partiya sədrləri, sosial advokasylar olan bir qrup şəxs maliyyə aldıqları mərkəzlərdən ötürülən tezisləri dövriyyəyə gətirməyə başlayıblar: “Humanitar fəlakət”, “Dağlıq Qarabağ”, “mülki ermənilər” və s. Açığı, bu prosesi qatıblar digər nüansların gözünə və bütün ciddi-cəhdlə əhəmiyyətini heçə endirməyə çalışmaqdadırlar. Hazırda Şuşada havanın temperaturu -5 dərəcədir, isti otaqlarda əyləşənlərin və biz, hamımızın onlara – vətən görəvlərini daşıyan şəxslərə vicdani borcumuz var:
Yanınızdayıq, iftiraların qarşısındayıq, düşmənlə mübarizədə cəbhədəyik”.