Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildibackend

Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib:

“Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.