Ekspert: “İndiki gənclərin bəziləri heç də “az bilmirlər”backend

Ekspert: “İndiki gənclərin bəziləri heç də “az bilmirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xeyli müddətdir ki, DİM-in təşkil etdiyi dövlət qulluğu vəzifəsinə iddia edənlərin MÜSAHİBƏ mərhələsində komissiya üzvü olaraq iştirak edirəm”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, əvvəllər də qeyd etdiyi kimi müsahibələrdə maraqlı məqamlar çox olur:

“Sonuncu müsahibələrin birində, Mərkəzi icra orqanlarından birinin İT şöbəsində məsləhətçi vəzifəsinə iddiaçı olanlar iştirak edirdi.

İddiaçıya dövlət qurumunun sosial media ilə mümkün əlaqələri haqqında, o cümlədən dövlət qurumunun TikTok-dan istifadəsi ilə bağlı rəhbərliyə hansı təkliflər verə biləcəyi ilə maraqlandım.

İddiaçının cavabı təxminən belə oldu :

“Mən TikTok-dan istifadə etmirəm. Odur ki rəhbərlik üçün tövsiyyələri şöbə müdirimin arzusuna uyğun yazaram, müdirim necə istəsə elə də təklif hazırlayaram”.