Cənubi Amerika ölkəsi Ekvadorda bir evə basqın edən silahlı şəxslər təsadüfən 4 uşağı öldürüb, ananı isə ağır yaralayıblar. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Silahlı şəxslər Guayaquil şəhərinin Quasmo Sur rayonunda bir evə girərək ətrafa təsadüfi atəş açıblar.
Hücumda evdə olan 4 uşaq ölüb, ana isə ağır yaralanıb.
Səlahiyyətlilərin verdiyi açıqlamada hücum edənlərin əsas hədəfinin qonşuluqdakı başqa bir ev olduğu və bu səbəbdən hücuma məruz qalan evdəki insanların hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib.
Ölən uşaqların 5 aylıq, 3, 5 və 7 yaşlarında olduğu paylaşılıb.
Hücumla bağlı genişmiqyaslı əməliyyata başlanıldığı bildirilib.
Baş Prokurorluqdan verilən açıqlamada hücuma “güclü” cavab verildiyi və günahkarların “mütləq” tutulacağı qeyd edilib.
Ekvador uzun müddətdir ki, təhlükəsizlik böhranı ilə mübarizə aparır. Dəstələr arasında gedən müharibə səbəbindən demək olar ki, hər gün hücum xəbərləri eşidilir.