Emmanuel Makron və Ciorcia Meloni Ukraynaya hərbi dəstəyi müzakirə ediblərbackend

Emmanuel Makron və Ciorcia Meloni Ukraynaya hərbi dəstəyi müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Ciorcia Meloni bazar ertəsi Ukraynaya göstəriləcək hərbi yardımı, eləcə də bu həftə Brüsseldə keçiriləcək Avropa İttifaqının fövqəladə sammitini müzakirə ediblər.
bu barədə “France-Presse” məlumat yayıb.
Məlumata görə, hər iki ölkə Ukraynanı “SAMP-T/MAMBA” hava hücumundan müdafiə sistemi ilə təmin etmək barədə keçən həftənin sonunda qəbul edilmiş birgə qərardan razılıq ifadə edib.
Makron və Meloni fevralın 9-10-da Brüsseldə keçirilməsi planlaşdırılan Aİ-nin sammitinin gündəliyini, o cümlədən Avropa sənaye siyasətinin gücləndirilməsi və miqrasiya məsələlərini müzakirə ediblər.