Emmi mükafatlı aktyor Andre Braugher vəfat edibbackend

Emmi mükafatlı aktyor Andre Braugher vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emmi mükafatlı amerikalı aktyor Andre Braugher 61 yaşında vəfat edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mətbuat müşaviri Cennifer Allen məşhur aktyorun qəfil xəstəlikdən sonra dünyasını dəyişdiyini açıqlayıb.

Braugher 1998-ci ildə “Həmicid: Küçədəki həyat” serialındakı Frenk Pemblton roluna görə televiziya dünyasının Oskarı sayılan Emmi Mükafatını qazanıb.

2006-cı ildə “Oğru” serialı ilə ikinci Emmi mükafatını qazanan Braugher 11 Emmi mükafatına namizəd olub.

Braugher 8 mövsüm “Brooklyn Nine-Nine” serialında Raymond Holt rolunda çəkilib.