“Energetik içkilərə aludəçilik alkoqol və marixuanaya meyilliyə gətirib çıxarır” – MÜTƏXƏSSİSbackend

“Energetik içkilərə aludəçilik alkoqol və marixuanaya meyilliyə gətirib çıxarır” – MÜTƏXƏSSİS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar yeniyetmələrin energetik içkilərdən normadan artıq istifadə etməsi onların sağlamlığında ciddi problemlər yaradır. Bununla yanaşı azyaşlılarda bu cür energetik içkilərdən istifadə ciddi problemlərlə üzləşdirir. 

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən qida üzrə mütəxəssis İlkin Şirinov energetik içkilərin fəsadlarından danışıb.

O bildirib ki,  adı energetik içki olsa da, əslində bu cür içkilər bədənə heç bir enerji vermir, əksinə bədəndə olan ehtiyat enerjini parçalamaqla məşğuldur.

“Bu cür içkilərdən azyaşlıların, hamilə qadınların istifadə etməsi son dərəcə təhlükəlidir. Energetik içkilərin tərkibində olan kofein, taurin və digər maddələr insanda asılılq yaradır və dozanın aşılması zamanı psixoloji gərginlik və depresiyalarla müşahidə olunur.

Həddindən artıq kofein istifadəsi ürəyin fəaliyyətini artırır, arterial təzyiqi yüksəldir. Və nəticədə ürək-damar pozulmasına gətirib çıxarır.

Kofein zəhərlənməsi zamanı əsəbilik, yuxusuzluq, nevroloji problemlər yaranır və nəticədə insan ölümə sürüklənir.

Taurin maddəsi öküzün ödündün əldə olunur. Bədəndə taurin artıqlığı zamanı böyrəklər zədələnir və funksiyasını itirir. Uzun müddət gün ərzində 3-4 bankadan artıq energetik içki içən insanlarda taurin artıqlığından böyrək xəstəlikləri meydana çıxır.

Bundan əlavə energetik içkilərdə yüksək miqdarda şəkər mövcuddur ki, bu da kökəlməyə, şəkərli diabet xəstəliklərinin yaranmasına səbəb olur”, – ekspert deyib.

Araşdırmalar göstərir ki, çox sıx energetik içkilərdən istifadə və aludəçilik sonda spirtli içkilərə, marixuanaya meyilliyə gətirib çıxarır.

Mütəxəssis onu da qeyd edib ki, energetik içkilərdən yeniyetmələr və hamilə qadınların istifadəsi məqsədəuyğun sayılmır. Valideynlər öz övladlarına nəzarət etməli, asılılq yaradan bu cür energetik içkilərdən övladlarını maarifləndirməklə çəkindirməlidirlər.

Xuraman Etibarlı

İnterpress.az