Əraqçı və HƏMAS rəsmisi arasında TELEFON DANIŞIĞI: Qəzzada atəşkəs MÜZAKİRƏ EDİLDİbackend

Əraqçı və HƏMAS rəsmisi arasında TELEFON DANIŞIĞI: Qəzzada atəşkəs MÜZAKİRƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əraqçı HƏMAS nümayəndəsi ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçı HƏMAS-ın danışıqlar qrupunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığı aparıb.

Tərəflər Qəzza zolağındakı son vəziyyəti, xüsusilə də “sionist rejimin” atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsinə yaratdığı maneələri müzakirə ediblər.

Xəlil əl-Hayya İran İslam Respublikasına ABŞ ilə danışıqlardakı mövqeyinə, xüsusən də regionda bütün cəbhələrdə müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı tutduğu mövqeyə görə təşəkkür edib.

Öz növbəsində, Əraqçı həmsöhbətinə İranın müharibənin dayandırılması istiqamətində gördüyü son tədbirlər barədə məlumat verib.

O, Tehranın bölgə xalqlarının, xüsusən də Fələstin və Livandakı “sionist təcavüzünə” qarşı “qanuni müqavimətini” dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

İranın bu diplomatik təşəbbüsü regionda gərginliyin azaldılması və atəşkəsə nail olunması istiqamətindəki səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az