“BMT, xüsusilə BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı var”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın təhlükəsizliyi 5 dövlətin maraqlarından asılı olmamalıdır.
Ərdoğan dünyadakı hazırkı vəziyyətə görə təəssüflənib.