Ərdoğan: “NATO daha qətiyyətli addım atmalıdır”backend

Ərdoğan: “NATO daha qətiyyətli addım atmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Rusiya-Ukrayna münasibətinə fikir bildirib.

İnterpress.az xəbər verir ki, o, qeyd edib ki, NATO daha qətiyyətli addım atmalı idi.

“Bizim NATO-nun mövqeyi ilə bağlı yanaşmamız indiyə qədər çox aydın və birmənalı olub.

Saat 17:00-da görüşümüz olacaq. Bu görüşdə liderlərin fikirlərini görəcəyik. Baş katib Stoltenberqlə bu məsələ ilə bağlı müzakirələrimiz olub. NATO-nun mövqeyi ilə bağlı yanaşmamızı da onlara çatdırdıq. Bugünkü görüşdə biz bütün liderlərin mövqeyini görəcəyik və onlara öz mövqeyimizi izah edəcəyik”, – deyə Ərdoğan bildirib.