Ərdoğan Ukraynadakı müharibənin diplomatik yolla həlli imkanlarının azaldığını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.
“Ukraynada müharibə artıq üç ildir ki, davam edir. Lakin silahlanma yarışı artdıqca diplomatiya üçün məkan daralır. Biz vəziyyətin diplomatiya və dialoq yolu ilə həlli üçün səylərimizi artırmağa davam edəcəyik”, – Ərdoğan deyib.
Xuraman Etibarlı
İnterpress.az