Ərdoğan Ukraynaya yola düşdübackend

Ərdoğan Ukraynaya yola düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün – fevralın 3-də Ukraynaya səfərə yola düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.

Onu hava limanından dövlət rəsmiləri yola salıb.

Açıqlamaya əsasən, prezidentlər arasında görüş keçiriləcək. Səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.

Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, bu səfər Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı dövrə təsadüf edir. Rəcəb Tayyib Ərdoğan iki dövlət arasında vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Rusiya Preizdenti də yaxın zamanlarda Ukrayna ilə mövcud gərginliyin tənzimlənməsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.