Ermənistan Prezidenti istefa ərizəsini ölkə xaricində yazıbbackend

Ermənistan Prezidenti istefa ərizəsini ölkə xaricində yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti istefa ərizəsini ölkə xaricində yazıb.

İnterrpess.az “Sputnik Armernia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin aparatı məlumat verib.

Aparatdan bildirilib ki, Sarkisyan dövlət başçısı postundan istefa ərizəsini xaricdə yazması müalicəsini yarımçıq qoyub Ermənistana qayıda bilməməsi ilə əsaslandırıb.

“Armen Sarkisyan uzun illər əvvəl ağır xəstəliyə qalib gəlib və bundan sonra həmişə onun xəstəliyindən məlumatlı olan həkimlərin nəzarəti altında müayinələr keçir”, – deyə məlumatda deyilir.

Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.