Ermənistan XİN başçısı Aİ rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edibbackend

Ermənistan XİN başçısı Aİ rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin Skopyedə keçirilən iclası çərçivəsində görüşüblər.

İnterpress.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, onlar regional təhlükəsizlik, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması məsələlərini müzakirə ediblər.

Bundan əlavə, regional inklüziv proqramların icrası müzakirə edilib.