“Ermənistan yaxasını kənara çəkir”backend

“Ermənistan yaxasını kənara çəkir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan separatçılara deyib ki, Laçın yolu məsələsində onlara “hüquqi və maliyyə” yardımından başqa heç nə edə bilməzlər”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Vardanyanın bu barədə açıqlaması separatçıların düşdüyü vəziyyətin də etirafıdır: Rusiya sülhməramlıları proseslərə müdaxilə edə bilmir. Ermənistan yaxasını kənara çəkir.
Ruben bu açıqlaması ilə Ermənistan hakimiyyətini hədəfə alır, həm də ermənilərin qondarma rejim ətrafında sıx birləşməsinə nail olmaq istəyir. Hərçənd, bu açıqlamadan erməni əhalisinin çıxara biləcəyi bir nəticə də var: onların Bakıdan başqa üz tuta biləcəkləri yer qalmır”, – o bildirib.