Ermənistanda doğum səviyyəsi azalmaqda davam edir.
interpress.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb. Bildirilir ki, Ermənistanda doğum səviyyəsi hələ də azalmaqdadır.
Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında 13122 körpə doğulubsa, ötən ilin eyni dövründə 14 mindən çox uşaq dünyaya gəlib.
Xuraman Etibarlı
İnterpress.az