Ermənistanda ötən sutkada 12 nəfər koronavirusdan ölübbackend

Ermənistanda ötən sutkada 12 nəfər koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son sutkada daha 2 402 nəfərdə COVID-19 aşkarlanıb.

İnterpress.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 404 805-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 8 157-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 569 nəfərdir. İndiyədək 365 662 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 24 807 aktiv koronavirus xəstəsi var.