Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşübbackend

Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq davam edən aksiyalar fonunda paytaxt İrəvanın mərkəzi küçələrində aksiya iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb.

İnterpress.az “News.am”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları təxribat törətməməyə çağırıblar.

Aksiyaçılardan Manuel Manukyan azərbaycanlıların Ermənistana səfərini qəbuledilməz hesab etdiyini deyib. O, bunun demokratiya prinsiplərinə uyğun olmadığını bildirib.

Qeyd edək ki, iki azərbaycanlı deputat – Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər.