Ermənistanda “Güclü Ermənistan” partiyasının nümayəndəsi Alik Aleksanyana qarşı cinayət işi ilə əlaqədar 25 nəfəri saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Ermənistanda hüquq-mühafizə orqanları “Güclü Ermənistan” partiyasının nümayəndəsi Alik Aleksanyanla bağlı cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat keçirib.
İstintaqın məlumatına görə, 37 nəfərə qarşı cinayət təqibi başlanılıb və onlardan 25-i artıq saxlanılıb.
İstintaq Komitəsi saxlanılan şəxsləri seçkiqabağı yığıncaqlarda iştirak etmək üçün vətəndaşlara maddi maraq təklif etməkdə (rüşvət verməkdə) və Alik Aleksanyanla qabaqcadan əlbir olaraq çirkli pulların yuyulmasında ittiham edir.
Saxlanılan 25 nəfər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.
Digər 12 şübhəli barəsində isə axtarış və ya digər məcburi tədbirlər görülməsi ilə bağlı qərarlar qəbul olunub.
Seçkiqabağı dövrdə baş verən bu həbslər ölkədə siyasi vəziyyəti daha da gərginləşdirib.
Xuraman Etibarlı
İnterpress.az






