“Ermənistandakı etirazlar delimitasiya prosesini dayandırmayacaq” – ŞƏRHbackend

“Ermənistandakı etirazlar delimitasiya prosesini dayandırmayacaq” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistan daxilində vəziyyət çox gərgindir. Azərbaycanla delimitasiyaya və 4 kəndin qaytarılmasına etiraz edən ermənilər aksiyalar keçirir, yolları və magistralları bağlayır, bir sözlə, özlərinə əl qatıblar.

Prosesin məcrasından çıxma ehtimalını İnterpress.az-a konfliktoloq Elman Vəliyev şərh edib.

Elman Vəliyevin sözlərinə görə, bu etiraz aksiyaları, mitinqlər yerli qüvvələrin əli ilə xaricdən idarə olunur.

“Delimitasiya prosesi başlayıb artıq. Paşinyanın geri çəkilmə ehtimalı belə faydasızdır.

Azərbaycan tərəfi istədiyini alır zatən. Paşinyanın da buzları əritmək fikiri olduğunu düşünürəm. Sadəcə kənar qüvvələr buna mane olurlar”, – politoloq bildirib.

“Ermənistan hakimiyyətinin zəif iradəli olduğunu və hakimiyyətdə qalma istəyini nəzərə alaraq, kənar qüvvələrin təsiri ilə Paşinyan bu prosesi dayandıra bilərmi?” sualına Elman Vəliyev cavab verib.

“Zənn etmirəm ki, Paşinyan bu prosesi dayandırsın, yəqin ki sonadək gedəcək”, – konfliktoloq qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az