“Ermənistanın dövlət borcu büdcə kəsiri səbəbindən artır”.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Vahe Ovannisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın xərcləri gəlirlərini üstələyir: “2024-cü ildə xərclərimiz 3 trilyon 17 milyard dram (7 milyard 549 milyon dollar) təşkil edəcək. Gəlirlərimiz isə bu məbləğdən 340 milyard dram az olacaq. Yəni 340 milyard dram məbləğində borc almalıyıq. Hazırda bu məsələ müzakirə olunur. Xərcləri ödəmək üçün müxtəlif mənbələrdən borc götürürük”.