Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib, əksinə, daha da dərinləşib.
İnterpress.az xəbər verir ki, bunu bu gün, fevralın 20-də erməni mediasına “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
“Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib, əksinə, daha da dərinləşib. Təəssüf edirəm ki, Ermənistan hakimiyyəti heç bir iş görmür.
Hər şey edilməlidir. “Artsax”ın bütün qurumları fəaliyyət göstərməli, xalqının statusunu və kollektiv kimliyini qoruyub saxlamalı və gələcəkdə Qarabağa kollektiv şəkildə geri qaytarılmasına şərait yaratmalıdır”, – Ohanyan çərənləyib.
Xuraman Etibarlı
İnterpress.az