Gürcüstanın paytaxtı Tbilisinin köhnə məhəllələrindən birində evlərin abadlaşdırılması zamanı evin zirzəmisindən külli miqdarda qızıl tapılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilir ki, təmir-bərpa zamanı evlərdən birinin zirzəmisindən 22 kq qızıl tapılıb. Belə ki, evin zirzəmisində işləyən iki işçi qızılı tapdıqdan sonra ev sahibinə xəbər veriblər, ev sahibi isə qızılı tapan hər iki şəxsin hərəsinə 250 min lari pul bağışlayıb.