Evo Moralesin Peruya girişi qadağan edilibbackend

Evo Moralesin Peruya girişi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun Miqrasiya üzrə Milli İdarəsi Boliviyanın keçmiş prezidenti Evo Moralesin ölkəyə girişinə qadağa qoyub.

“Report” xəbər verir ki, bu barədə Perunun Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Yanvarın 6-da Miqrasiya üzrə Milli İdarə öz səlahiyyətlərinə və Miqrasiya Qanununun 48-ci maddəsinə ciddi şəkildə əməl edərək, cənab Xuan Evo Morales Aymu da daxil olmaqla doqquz Boliviya vətəndaşının istənilən sərhəd məntəqəsindən ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Morales siyasi ajiotaj yaratmaq üçün Peru ərazisinə daxil olub: “Bu, miqrasiya qanunlarımızın açıq şəkildə pozulmasıdır və Perunun milli təhlükəsizliyinə, daxili nizamına ziyan vurur”.