Filippində daşqın qurbanlarının sayı 32 nəfərə çatıbbackend

Filippində daşqın qurbanlarının sayı 32 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 32 nəfər ölüb, daha 24 nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurası bildirib.

Qeyd olunur ki, daşqınlar respublikanın 10 rayonunda 486,4 min nəfərdən çox insana ziyan vurub.

Agentliyin məlumatına görə, 101,6 min məcburi köçkün 150 təxliyə məntəqəsindədir. Azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 11 nəfər müxtəlif xəsarətlər alıb. Respublikanın doqquz rayonunda sel və torpaq sürüşmələri də daxil olmaqla 418 təbii fəlakət hadisəsi qeydə alınıb.

Bununla yanaşı, təbii fəlakət 3,32 min evə ziyan vurub və 41,8 milyon peso (744,2 min dollar) məbləğində daha 746 evi dağıdıb.

Ölkənin 67 şəhər və 71 bələdiyyəsinin təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 20 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hökumət yardım üçün 49,4 milyon peso (879,1 min ABŞ dolları) ayırıb.