Finlandiya xalqı İsveçi gözləmədən NATO-ya daxil olmağın tərəfdarıdırbackend

Finlandiya xalqı İsveçi gözləmədən NATO-ya daxil olmağın tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya xalqı İsveçi gözləmədən NATO-ya daxil olmağın tərəfdarıdır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Finlandiyada sorğuda iştirak edənlərin yarıdan çoxu bu ölkənin İsveçi gözləmədən NATO-ya üzv olmasının lazım olduğunu bildirib.

Finlandiyanın İsveçin NATO alyansındakı iştirakına qarşı çıxması səbəbindən Finlandiyanın üzvlük prosesinə girməməsi Finlandiya ictimaiyyətinin xoşuna gəlmir.

Sorğuda iştirak edənlərin 53 faizi İsveçi gözləmədən NATO-ya üzvlük prosesini davam etdirməli və hərbi alyansa qoşulmalı olduqlarını bildirib.

İştirakçıların 28 faizi qonşularının geridə qalmamasına diqqət çəksə də, 19 faizi qəti fikir bildirməyib.