“For Azerbaijan”ın şəhid və qazi ailə üzvləri ilə bağlı layihəsi davam edir – FOTOLARbackend

“For Azerbaijan”ın şəhid və qazi ailə üzvləri ilə bağlı layihəsi davam edir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının PAŞA sığortanın dəstəyi ilə şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, gələcəkdə bu istiqamətdə peşəkar təcrübənin artırılması məqsədilə həyata keçirdiyi “Azərbaycanda Psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi davam edir.

İnterpress.az xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinın nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin klinik psixoloqları üçün təlimlərin növbəti mərhələsinə başlanılıb.

ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin Yazılı Ekspozisiya Terapiyası (YET) üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərimiz uğurla nəticələnib.