Paris hakimiyyəti İstanbulun fəaliyyəti dayandırılmış və həbs edilmiş meri Əkrəm İmamoğluna fəxri vətəndaş adı verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Le Figaro” yazır.
Bu barədə qərar Fransa paytaxtının şəhər şurasının iclasında yekdilliklə qəbul edilib.
Paris meri Ann İdalqonun sözlərinə görə, İmamoğlu “ədalətsiz şəkildə partiyasını təmsil etməsinə və milyonlarla türkün adından danışmasına mane olur”.
İmamoğlu müxalifətçidir və 2027-ci ildə baş tuta biləcək növbədənkənar prezident seçkilərində Ərdoğanın əsas rəqibi hesab olunur.
O, korrupsiya işi ilə bağlı həbs olunub. Bununla əlaqədar Türkiyədə bir sıra kifayət qədər genişmiqyaslı qanunsuz etiraz aksiyaları keçirilib.
Xuraman Etibarlı
İnterpress.az